Rövşanənin verilişinin bağlanılmasına İlkindən REAKSİYA
12-05-2023, 20:21

Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızının bağlanan qalmaqallı "Space səhər" verilişindən danışıb.

AZİNFORM.AZ xəbər verir ki, Xanəndə qaynarinfo-ya açıqlamasında aparıcının verilişinin bağlanmasına təəssüf etdiyini bildirib:

"Aramızda qanqaraçılıq, narazıçılıq olmuşdu. Mən istəmərəm ki, kimsə çörəyindən olsun, işsiz qalsın. Yəqin yeni bir iş tapar".

Qeyd edək ki, aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı səhər efiri ilə vidalaşıb. Onun "Space səhər" proqramının yayımı dayandırılıb.

Bir müddət öncə xanəndə İlkin Əhmədov ilə aparıcı Rövşanənin arasında mübahisə yaranmışdı. Əməkdar artist İlkin Əhmədov qonaq olduğu canlı yayıma 2 saat gecikdiyindən aparıcı Rövşanə Ağasəfqızı onu efirə buraxmamışdı.

Qarşı tərəf isə bunu hörmətsizlik adlandırmışdı. Onlar bir-birinin ünvanına sərt sözlər demişdi.





up