“Kirayədə qalırdım, qonşumuzun Riçed adlı iti var idi. Amerikan cinsindən idi. Böyük it idi. Məhəllədə bütün uşaqlar itlə oynayırdı. Amma itin məni görməyə gözü yox idi, çox pis aqressiyası vardı”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri “Utandım yerinə” verilişində rejissor Kənan MM deyib. O, gənclik illərində yaşadığı bir hadisədən danışıb:“Həmin itin ad gününü qeyd edirdilər. Biz beşinci mərtəbədə qalırıq. İtin sahibi Nataşa isə 4-cü mərtəbədə yaşayırdı. Yeyib-içiblər, it yaddan çıxıb. Mart ayıdır, zırpaketlər var idi. Tələbə idik. Gördüm ki, Riçed oradadır. Nə isə hürdü, sosiskanı itin qabağına atdım. Bir az ona baxdı, bir az mənə. Elə bil dedi ki, Kənana etmədiyim şərəfsizlik qalmayıb, bu mənə yemək verir. Ondan sonra oldu pişik. Allah günahımdan keçsin,birdən Riçedin etdiyi pisliklər yadıma düşdü. Cavan idik. Axırıncı sosiska qalmışdı, cibimdə də zırpaket var idi.
Onları bir yerdə atdım itin qarşısına. Birdən səsini eşitdim, bir də itin səsi gəldi. Qorxdum, bilmədim ki, nə baş verdi. İki gün sonra Nataşa gəldi, it də həmin it idi, amma bir az sınıxmışdı. İt məni gördü gizləndi. Nataşa dedi ki, çağırma iki gündür yemək yemir, qulaqları eşitmir. İt sonra düzəldi. Nataşa Azərbaycan dilində güclə danışırdı. Əsgərliyə getdim, sonra məşhurlaşdım. Nömrələrimiz də var idi. Çingiz Əhmədovun “Yeriniz məlum” verilişində həmin hadisəni danışdım. Üstündən 10-15 il keçmişdi, Nataşa bunu görüb, eşidib. Veriliş qurtaran kimi mənə rus dilində söyüşlər yazdı. İndi utadım, o vaxt utanmırdım”. /sherg.az/