Mələkxanım Eyyubovanın ailəsindən xəbər var: Ağır xəstə olan gəlini... - FOTO
7-05-2023, 11:32

Ağır vəziyyətdə xəstəxanada yatan Xalq artisti Mələkxanım Eyyubovanın gəlini Səadət Nəcəfova evə buraxılıb.  

AZİNFORM.AZ xəbər verir ki, bu barədə sənətçinin qızı Nəzrin sosial şəbəkə hesabında məlumat verib.

Xatırladaq ki, S. Nəcəfovanın vəziyyəti ağır olduğundan aprelin 28-də qəfil xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, M. Eyubovanın Cəfər və Nicat adlarında iki oğlu, Nəzrin və Nərmin adlarında iki qızı var. Cəfər Nəcəfov ailəlidir, bir qız atasıdır.






up