Həyat yoldaşı səhnədə Mustafanın kostyumunun yarığını açdı - VİDEO
6-05-2023, 14:17

Məşhur müğənni Mustafa Ceceli ötən gün məkanlardan birində səhnə alıb.

AZİNFORM.AZ xəbər verir ki, Bostancıda sevənləri qarşısında çıxış edən ifaçının konserti maraqlı anlarla yadda qalıb.

Belə ki, Cecelinin səhnədə geyindiyi kostyumu yeni olduğundan onun arxa hissəsindəki yarığı açılmayıb.

Müğənni "Beni unut" mahnsını səsləndirən zaman həyat yoldaşı Selin İmer ona yaxınlaşıb və həmin yarığı açıb.

Sənətçinin bu anları pərəstişkarları tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Cütlüyün sözügedən görüntüləri müzakirələrə səbəb olub.


/baku.ws/



up