Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra atası Röyalla birlikdə Həcc ziyarətinə gedib.
AZİNFORM.AZ xəbər verir ki, bu haqda Röyal sosial şəbəkədə paylaşım edib. O, qızının Məkkədən videosunu yayımlayaraq Tünzalənin arzusunu gerçəkləşdirdiyini bildirb:
"Söz vermişdik ki, üçümüz birlikdə Həcc ziyarətinə gedəcəyik. Amma qismət olmadı. Biz qəlbimizdə sənlə getdik. Daim əlimdən tutmuşdun kimi təvaf elədik. Qızımız gənc yaşında hacı xanım oldu. Səni hər zaman sevdim, hər zaman da sevəcəyəm, nur üzlü həyat yoldaşım. Bizi o gözəl torpaqlara göndərən hər kəsə minnətdarıq", - Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb.
Qeyd edək ki, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva yanvarın 22-də 49 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.