"Əməliyyatdan əvvəl Lalə Məmmədovanın gül kimi üzü var idi..." - Xalq artistindən TƏNQİD
4-05-2023, 14:05

"Plastik əməliyyatları həqiqətən də çox abartılı etdirirlər. Bütün müğənnilər bir-birinə oxşayır, heç biri seçilmir. Şəxsən mən seçə bilmirəm ki, kim kimdir? Lalə Məmmədovanın gül kimi üzü var idi, burnunu əməliyyat etdirib, bu da onun sifətinin quruluşunu dəyişib. Plastik əməliyyatı hər kəs etdirməli deyil. O adamlar etdirməlidir ki, burnu çox böyükdür, nəsə bir qüsuru var. Burnun üzünə yaraşırsa, yaxşı dodaqların varsa onlara müdaxilə etmək olmaz. Allah sizi yaradıb, biz sizləri belə qəbul etmişik, niyə də plastik əməliyyat etdirməlisinizki? Ən çox qazanan plastik cərrahlardır. Bu gün təkcə plastik cərrahlar yox, həm də adi həkimlər çox qazanır. Mənim başıma da gəlib. Heç bəlkə də əməliyyata ehtiyac yoxdur, amma səni bıçağın altına salır. Xəstəlik olmaya-olmaya götürüb insanları doğrayırlar, nə var ki, pul qazanacaqlar. Bu problemlər məni çox narahat edir. İstəmirəm ki, gənclər özlərinə qəsd etsinlər".

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Elmira Şabanova deyib.

Xalq artisti kino forumdan gözləntilərinin çox olduğunu bildirib.

"Mənə elə gəlir ki, kino və teatr sahəsində bir çox irəliləyişlər olacaq. Çünki yeni gələn Mədəniyyət Naziri Adil Kərimli bu işlərlə ciddi məşğul olur. Bilmirəm, bəlkə də mən dünyamı dəyişəndən sonra hər şey yaxşı olacaq?! Gənclər var, çalışır, seriallar çəkir, yutubda da izləyirəm. Amma mənə elə gəlir ki, məktəb yoxdur. Kinoda mütləq professionallar olmalıdır. Demək olar ki, bütün dünyada kino çəkmək məsələsi problemdir. Bəzən türk seriallarını tərifləyirlər. Elə bilməyin ki, bütün türk serialları güclüdür. Xeyr, zəifləri də var. Amerika filmləri də çox zəifdir. İnsanlar onsuz da problem içərisindədirlər. Onlar yaşamaq üçün televiziyadan, kinodan nəsə müsbət bir şey gözləyirlər. Siz baxın, görün nə qədər gənc intihar edir. Bütün bunlar hamısı səhv təbliğatdan irəli gəlir! Bizdə düzgün istiqamət yoxdur. Stress vəziyyətə düşəndə intihar edirlər. "Komedixana" ya baxıram, çox bəyənirəm. Çünki onlar həyatdan götürülür. Kinoteatrlarda insanların zövqünü korlayan, komediya filmi adı altında kinolar nümayiş olunur. Gənclərdən bir-iki nəfər var ki, onlara ümid bəsləyirəm" deyə xalq artisti bildirib.

Xalq artisti kinoya nöqtə qoyduğunu bildirib.

"Sonuncu dəfə istedadlı rejissor İlqar Safatın "İçərişəhər" filmində çəkildim. Bu filmdən sonra kinoya vida dedim və sənətimə də, kinoya da nöqtə qoydum. Mənim üçün kino öldü. Heç yerdə çəkilmədim. Seriala dəvət etmişdilər, bəlkə də çıxış edərdim, amma ssenari xoşuma gəlmədi" deyə aktrisa bildirib.


AZİNFORM.AZ





up