DİGƏR XƏBƏRLƏR
“Toyda dava düşməyəndə maraqsız olur”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “ATV səhər” verilişinə müsahibəsində deyib.
Toylarda baş verən davalardan söz açan sənətçi bildirib ki, məclislərdə dava salan xüsusi şəxslər var:
“Hər kəndin özünün toyda dava salanları var idi. Toya gələndə hamı baxırdı ki, həmin adam gəldi və mahnı üstündə hansısa sözü deyəcək. Bu bir dəb kimi idi. Toy yiyəsinin zəhmi və sanbalı olanda isə həmin dava salan şəxs qonağın yanına getməzdi. Məclislərdə bıçaqlanma da olub, toydan kənarda atışmalar da. Belə hadisələr çox olub”.