Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır
28-04-2023, 09:31

Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

Bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb: “Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir”.

Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib: “Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".

Qeyd edək ki, cütlüyün iki qızı var. /olay/





up