Pərviz Bülbüləni hansı suallar bezdirib? – AÇIQLADI
27-04-2023, 18:25

Meyxanaçı Pərviz Bülbülə uzun müddətdir, birgə mahnılar təqdim etdiyi xanım duet ortaqlarından danışıb. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o, “Ümid ilə gəl” proqramında söz açıb. 

Pərviz deyib ki, duet ortaqları ilə birgə videolarını paylaşanda bəzi istifadəçilər onun şəxsi həyatı ilə bağlı şərhlər yazırlar:

“TikTok-da, İnstaqramda paylaşırsan, deyirlər, bu evlidir, iki uşağı var. Efirlərin birində qonaq oldum, bir xanım ifaçı sağımda əyləşmişdi, biri də solumda. Aparıcı soruşdu ki, bezmədin bu duet ortaqlarını dəyişməkdən, dedim, sən bezmədin, evdəkinin vermədiyi sualı verməkdən?”.





up