Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
"Mən evimdə qarabaş, bayırda isə xanımam".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaşın təqdimatında yayımlanan "Təsir dairəsi" verlişinin qonağı olan müğənni Roza Zərgərli deyib.
Tanınmış müğənni verdiyi açıqlamalarla tamaşaçıları təəccübləndirib:
"Mən inanmıram ki, kimsə 18 il hər axşam ərinin ayağını yusun".
Onun bu sözləri izləyicilərin marağına səbəb olub.