"Mənim kimi qazanan xanıma bu qədər ev azdır" - Şəbnəm Tovuzlu
19-04-2023, 11:26

"Mənim qədər pul qazanan var? Ruzili xanımam".

AZİNFORM.AZ xəbər verir ki,bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində deyib. Sənətçi şou-biznesdə ən çox pul qazanan ifaçı olduğunu iddia edib:

"Yetəri qədər işim var. Məkan açmışam, evlər almışam... Halal qazanıram. Əziyyət çəkirəm, 7-8 saat hündürdabanda oxuyuram. Xalqın puludur, sevilirəm və toylara dəvət alıram. Dörd evim var. Mənim kimi qazanan xanıma bu qədər ev azdır. Mən əgər əlibərk olsaydım, daha çox ev alardım".





up