Mehriban Zəki və Dilarə Əliyevadan yeni xəbər: "Oqtayın 40-dan sonra..."
14-04-2023, 21:01

"SOY” prodakşının rəhbəri Oqtay Əliyevin həlak olduğu yol qəzasında yaralanan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyevadan xəbər var. 

Onların səhhəti və hazırki psixoloji vəziyyətləri ilə bağlı D. Əliyevanın qardaşı Vüsal Murtuzəliyev "Sherg.az”a açıqlama verib.
Aktyor deyib ki, M.Zəkinin sınıqları səbəbilə bir az ağrıları var:

"Mehriban xanımla, demək olar, hər gün danışıram. Bir balaca ağrıları var. Yavaş-yavaş düzəlir. Təbii  ki, sınıqlarına görə ağrıları da olur. İnşallah yaxşı olacaq.  Dilarə çətin də olsa, özünə gəlir. Özünü ələ almalıdır. Ona görə toparlanır. Bu qədər işlər var. Həm Oqtayın işlərini davam etdirmək lazımdır. Həm də  özünün işləri qalıb. Hələ ki efirə çıxmır, seriala da çəkilmir. Yəqin ki Oqtayın 40-dan sonra yavaş-yavaş başlayacaq”.




up