Xalq artisti Firəngiz Mütəllimovanın qardaşı İlham Mütəllimov bu gün dünyasını dəyişib.
AZİNFORM.AZ xəbər verir ki, lent.az-a açıqlama verən aktrisa qardaşının 62 yaşı olduğunu bildirib.
"Bir oğlu, iki nəvəsi vardı. Ürəyində problemi var idi. Yəqin trombu olub. Yatıb ayılmayıb. Çox yaxşı insan idi. 2012-ci ildə qardaşım ürəyindən əməliyyat olundu. Özünü yaxşı hiss edirdi. Bu yaxınlarda xaricə oğlunun yanına getmişdi. Getdi, nəvələrini gördü. 2 həftə əvvəl Bakıya gəlib. İnana bilmirəm, danışmaq çətindir. Oğlu xaricdədir. Xəbər vermişik, bu gün gələcək”,- deyə o bildirib.
AZİNFORM.AZ