DİGƏR XƏBƏRLƏR
"Bəziləri gözləmirlər. Onları pisləmirəm. Cırıq şalvarlılar, saqqalı başqa cür olanlar istəmir bunu. Onlar xaricə üz tuturlar".
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elxan Qasımov "Səhər mərkəzi" verilişində deyib. Aktyor rejissoru olduğu "Biz qayıdacağıq" filmindən danışıb. O bildirib ki, ekran işinin davamını çəkmək arzusundadır, amma bir çoxları bunu istəmir.
"İndi çəkilsə, adı "Biz qayıtmışıq" olacaq" deyə, E.Qasımov əlavə edib.
Aktyor daha sonra dublyajda çalışan aktrisaları lağa qoyub. O bildirib ki, dodaqlarını yekəltdikləri üçün danışmaqda çətinlik çəkirlər:
"İndi tərcümə etmək olmur. Bütün aktrisalarımız dodaqlarını qabağa verib danışırlar. Ona görə də səsləndirmə olmur".