Əməkdar artist toy qiymətini AÇIQLADI - VİDEO
11-04-2023, 11:35

Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məbləğini açıqlayıb.

AZİNFORM.AZ bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bu barədə ATV-yə müsahibəsində danışıb.

Ağcabədidə iştirak etdiyi toyda xanəndə deyib: "Qarabağ camaatı məni çox sevir. Ona görə də məclislərinə məni çağırıblar. Bu toya 5000 manat məbləğində gəlmişəm.

Ümumiyyətlə, rayon toylarına bu qiymətə gedirəm".





up