Zaur Baxşəliyev bu şəxsi polisə verdi
8-04-2023, 13:52

Zaur Baxşəliyev adından dələduzluq edən şəxsi polisə verib.

AZİNFORM.AZ olay-a istinadən yazır ki, bu barədə aparıcı "Bizimləsən" verilişində danışıb. O, efir zamanı həkimləri aldadıb pul alan şəxsin nömrəsini və fotosunu paylaşıb. Zaur bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinə də müraciət edib:

"Bir neçə müddətdir ki, bizimlə çalışan və çalışmayan həkimlərə müraciət edir ki, guya hər hansısa bir pulun müqabilində, səhifəmizdə və yaxud da efirimizdə onları reklam edəcəyik. Mən artıq hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etmişəm. Bu addımımdan sonra hələ də bu insan öz dələduzluq əməlindən əl çəkmir. Bizim belə bir əməkdaşımız yoxdur və biz bu insanı tanımırıq. Həmin şəxsin valideyinlərinə də səslənirəm övladınızın hansı işlə məşğul oluğundan mütləq xəbərdar olub onu bu yoldan çəkindirin! Hər adla müraciət edir. Dəfələrlə özüylə danışmışıq, üzr istəyir ki, bir də olmayacaq. Amma yenə təkrarlanır. Özünü Hüseyn kimi təqdim edir və adımızdan pul mənimsəyir. Bu adamın bizimlə heç bir əlaqəsi yoxdur".





up