Kilolu olanda mənə "ay gombul" yazırdılar: Mətanət İsgəndərlidən AÇIQLAMA - VİDEO
7-04-2023, 17:06

"Verilişə baxanda özümdən xoşum gəlir. Kökələndə öldürürdülər məni. Bir də görürsən elə şərhlər yazırdılar: "Ay gombul", filan. Amma çoxları da deyirdi ki, biz sizi elə sevirdik. Amma mən özümü o cür sevmirdim. Axır vaxtlar çox əziyyət çəkirdim. Zatən kök idim, sonra pandemiya, qolum sındı, atam dünyasını dəyişdi, depressiya, stres... O çəkinin üzərinə 20 kiloqram da gəldi. Gör bu nə deməkdir. 107 kilqrama çıxmışdı çəkim".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" verilişində qonaq olarkən deyib. 

O, artıq çəkisinin səhhətinə vurduğu mənfi təsirlərdən söhbət açıb:

"O çəkidə çox az qaldım. Bir dəfə efirə çıxmışdım ki, hamı zəng vurdu ki, çıxma, nə boyda olmusan? İnanın özüm də getmək istəmirdim, güclə aparırdılar. Deyirdim, "Qurban olum, çox kökəlmişəm, verilişə çıxmaq istəmirəm". Getdim və peşman oldum. Təsəvvür edin ekrana sığmırdım. Elə ondan sonra da qərara gəldim və arıqladım.

Əgər ayaqlarım, belim elə ağrımasaydı, bəlkə də etməzdim. Gürünüşdən də öncə çox əziyyət çəkirdim. Ayaq üstə dayana bilmirdim. Axır vaxtlar oxuyanda belimi əlimlə tuturdum ki, güc düşməsin. Sümüyüm də çox incədir. Bu sümüyə o çəki olmaz. Yata, dura, oxuya bilmirdim, oxuyanda da nəfəsim çatmırdı. Ona görə də dedim, cəhənnəm olsun. İndi enli paltarlarımın üstündə dava gedir ki, verin bizə. Çoxunu vermişəm, deyirəm, rədd olun gözümün qabağından, qovuram evdən onları ki, gözüm bir də sizi görməsin".






up