Gülben Ergen xəstəxanaya yerləşdirilib.
Türkiyəli müğənni Gülben Ergen səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.
İnstaqram hesabından paylaşım edərək səhhətinin yaxşı olduğunu deyən keçmiş həyat yoldaşı Mustafa Ərdoğan və oğulları Atlas, Ares və Güneyin onu tək qoymadığı görülüb.
Gülben Ergen paylaşımında "Sağalma yolunda sürətlə irəliləyən bir ananın xəstəxana otağından xəbər verirəm. Təbii ki, həftələrdir ağrıları dərindən hiss edən, yaşayan, görən, içimizə salan, qəbul edən və mübarizə aparan ruh nəhayət bədənimi alt-üst etməyi bacardı... Aprelin 25-də işimin başında olacağam. Yaxşıyam. Bizim ən vacib şəxsi problemimiz isə zəlzələdir", deyə bildirib. /azxeber.com/