DİGƏR XƏBƏRLƏR
Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı Nazim Zeynalovla yenidən evlənir.
AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, cütlüyün nikahı Ramazan bayramından sonra reallaşacaq.
Bundan əlavə, Qasımova dost və yaxınlarını ətrafına yığıb toy etməyi də düşünür.
Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N. Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır. Keçən ilin sentyabr ayında tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər.
Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı "Asan Xidmət” mərkəzində son qoyulub.
Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub. /olay/