Müğənni Təranə Qumralın qızı, müğənni Qumral ailəsini müdafiə edib.
AZİNFORM.AZ xəbər verir ki, Musa Musayevin “Amor mio” ifası ilə günlərdir sosial şəbəkədə müzakirə edilərək tənqid edilib.
Qumral İnstaqramda bu sözləri qeyd edib:
"Daş atanlarımız çoxdur, amma biz daşlardan hər dəfə özümüzə nərdivan qururuq. Bəziləri sözü üzə deyə bilmirsinizsə, cəsarətiniz çatmırsa, bizim varlığımızı həzm edə bilmirsinizsə,o zaman etdiyiniz əməllərdən qalmayın davam edin. Biz nəyik, necəyik, ailəmiz, özümüz-özümüzə qəbuluq, xoşdur. Biz böyük ailəyik. Bəs, siz kimsiniz, yazanlar, danışanlar? Ailəsiz, yiyəsiz, Azərbaycanda artıq kişilərin sayını-hesabını bilməyənlər və onu-bunu maşa edənlər nələrsə yazdıranlar, söydürənlər. Bizim heç kəslə işimiz olmaz.
Bizim yerdə ailəmiz, göydə Allahımız var. Şantaj, nahaq, böhtan, haqsızlıqlar, nə bacarırsınız edin, çünki bu murdar hərəkətinizin cavabını hamınız yaşayacaqsınız və yaşayırsız".
Qeyd edək ki, Qumral Natiq Abdul adlı şəxslə evlidir. Cütlüyün iki övladı var.