Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yaşadığı qalmaqallardan söz açıb.
Sənətçi bu barədə "MTV xəbər"ə açıqlmasında danışıb.
"Rəhmətlik atamın bir sözü var idi: Deməyib pis olmaqdansa, deyib pis ol. Kiminsə şəxsiyyətinə toxunmuram. Olanı deyirəm, Sənət haqda fikir bildirirəm, bu normaldır. Heç kimi təhqir etmirəm, böyük bir şey etmirəm. İnciyən də özü bilər. Kiminsə şəxsiyyətinə toxunsam, ixtiyarı var cavab qaytarsın. Amma mən bunu etmərəm. Heç kəsin şəxsiyyətinə, namusuna toxunmaq olmaz" deyə, Hüseyn bildirib.
Qeyd edək ki, klarnet ifaçısı bu yaxınlarda aşıq Samirə Əliyeva ilə qalmaqal yaşayıb./axsam.az/