"Övladını itirmək bir ananın ürəyində sönməyən dərtdir" - Nazpəri Dostəliyeva
1-04-2023, 15:40

Xalq artisti Nazpəri Dostəliyeva bacısı Zeynəb Dostəliyevanı itirdikdən sonra ilk dəfə efirə çıxıb.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, müğənni "Xəzər axşamı" verilişində qonaq olub. Dostəliyeva bacısının və oğlunun vəfatından danışıb:

"Hər zaman həyatda, sənətdə nə qazandımsa, kədərimdən qazandım. Alnıma bu yazı yazılıb. Allahdan gələn hər şeyi qəbul edib, şükür etməliyik. Yazıya pozu olmamalıdır. Çox böyük imtahanlardan, əzablı yoldan keçmişik. Əzizlərimizin dünyadan köçməyini normal qəbul etməliyik. Allah verdiyini, bir gün də alır. Allahın əmanətləriyik. Övladını itirmək bir ananın ürəyində çox ağır, acınacaqlı, heç vaxt sönməyən dərtdir".

Qeyd edək ki, N.Dostəliyevanın oğlu əli bir neçə il əvvəl ürəkçatışmazlığından vəfat edib. İfaçının müğənni bacısı Zeynəb isə fevralda dünyasını dəyişib.






up