"Dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən” - Xalq artisti
23-03-2023, 21:16

Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi istəyə uyğun olaraq hər musiqini oxumadığını söyləyib.

Bu barədə Dadaşova “Xəzər axşamı” verilişində qonaq olarkən deyib:

“Estrada musiqilərimizi qorumaq lazımdır. O musiqiləri böyük dühalar yazıb. Toyda öz mahnılarımdan oxuyuram, çalışıram ki, bəstəkar mahnılarımızı ifa edim.

Hansı məclisdə ki mənə gəlib “dandirik” mahnı istəyirlər, deyirəm ki, get evdə kaseti qoy, o mahnılarla özün üçün ürəyin istəyən qədər, doyunca oyna.

Mən o mahnıları oxumuram. Əvvəl deyirdilər ki, dostunu mənə göstər, deyim sən kimsən. İndi isə dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən”.





up