Oqtay Əliyevin son AÇIQLAMASI: "Teatrımız bir-bir itirir" – VİDEO
23-03-2023, 12:23

Dünən qəzada dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, prodüser və rejissor Oqtay Əliyevin mediaya son açıqlaması sosial şəbəkələrdə paylaşılıb.

Düz 2 ay əvvəl dünyasını dəyişən aktrisa Tünzalə Əliyevanın (Toppuş bacı) dəfn mərasimində iştirak edən O.Əliyev jurnalistlərlə mərhumla bağlı xatirələrini bölüşmüşdü.

“Teatrımız Tünzalə kimi aktrisaları bir-bir itirir” – demişdi Oqtay Əliyev.





up