Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal kövrək paylaşımı ilə diqqət çəkib. Röyal T. Əliyevanın ölümündən 2 gün öncə onlarla vidalaşdığını vurğulayıb.
AZİNFORM.AZ-ın xəbərinə görə,Röyal sosial şəbəkədə bu sözləri yazıb:
"Bir gün evə gəldim ki, Tünzalə Zəhrama deyir ki, gözəl qızım, mən olmayacam. Atanın sözünə qulaq as. Hər ikisi ağlayırdı. Bu sözü övladın demək üçün insanda böyük ürək olmalıdır. Bu sözü övladına kim deyə bilərdi. Bu ölümündən iki gün öncə idi, mənimlə də sağollaşdı. Allahım şahiddir ki, o anı necə keçirdim. Həyat dostun, ömür-gün yoldaşın, sevdiyin o gözəl xanım səninlə vidalaşır. Mən o an evdən çıxıb getdim. Onun gözlərində həmin an nələr gördüm, Allahım. Gözəl yarım, Zəhram sənə necə də bənzəyir. Mənim tək varlığım sən idin, indi isə tək yaşama səbəbim sənin qızındı".