Nərgiz Cəlilova AzTV-dən getdi - FOTO
14-03-2023, 13:19

Bu ilin yanvarında Əməkdar artist Nərgiz Cəlilovanın yeni proqramla efirə çıxacağı barədə informasiya vermişdik. "Sözəbaxan" adlı veriliş Azərbaycan Televiziyasında ekrana gələcəkdi.

AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, son anda baş verən dəyişikliklə televiziya ulduzu AzTV-dəki işindən gedib. Proqramın sonrakı taleyi barədə isə hələ ki bir məlumat yoxdur. Cəlilovanın kanaldan getməsinə tərəflər arasındakı fikir ayrılıqları səbəb olub.

Hətta N.Cəlilova dövlət televiziyasının nəzdində fəaliyyət göstərən akademiyadakı fəaliyyətini də sonlandırıb.






up