"Dünyamıza "kişilər dünyası" deyirlər..." - Məşhurlardan bayram təbriki
8-03-2023, 16:06

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

AZİNFORM.AZ xəbər verir ki, şou-biznesin tanınmış simaları xanımları bu münasibətlə təbrik ediblər.

Müğənni Manaf Ağayev "8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirəm. Hər birinizə qadın xoşbəxtliyi arzulayıram. Bayramınız mübarək!" deyə, paylaşımında yazıb.

Aparıcı Şəhriyar Əbilov xanımları "Əziz xanımlar hər zaman yanımızda olun. 8 Mart Qadınlar Günü münasibəti ilə sizi təbrik edirik" sözləri ilə təbrik edib.

Müğənni Murad Arif xanımları təbrik edərkən bunları yazıb:

"Dünyamıza "kişilər dünyası" deyirlər... Bir çox məqamlara görə bu həqiqətən də belədir. Lakin, həyatımızda güc, həvəs, motivassiyanı siz verirsiniz. Çünki siz olmasanız bizə mağara həyatı da məqbuldur. Siz varsınız deyə daha yaraşıqlı, daraqlı, səliqəli, ütülü, imkanlı, varlı, qamətli, fit, yaxşı maşın sürən, evdə yaşayan, qazanan, düşünən, danışan, bir sözlə bir-birimizlə yarışaraq daha yaxşısı olmaq istəyirik. Yeni dünya nələri inkar edir etsin, kişiyə qadın lazımdır. Yaxşı kişini də yaxşı edən qadındır. İlk növbədə qadın onu dünyaya gətirir, fiziki yaşamını saxlayır, sonra ən əsas hissləri, duyğuları ötürür, öyrədir, düzəldir, tərbiyə verir, formalaşdırır və motivassiya edir. Deməli, hər kişi qadının əsəridir... Ailəmin üzvləri başda olmaqla, məni tanıyan və tanıdığım bütün xanımları, doğmaları, dostları, müğənni, aparıcı, jurnalistləri və dostlarımın ailəsindəki xanımları, qızları Beynəlxalq Qadınlar Günü münasibətilə, ürəkdən təbrik edirəm!".

Aparıcı-prodüser Tarix Əliyev "Başda şəhid anaları və onların timsalında xanım adına layiq olan hər bir xanımın bayramını təbrik edirəm. Hər zaman ailənizə, övladınıza baş ucalığı gətirin" deyə, paylaşımında qeyd edib., /axşam.az/





up