“Toppuş bacı“nın məzarında foto niyə yoxdur? - VİDEO
6-03-2023, 10:51

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın məzarından yayılan görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb.

AZİNFORM.AZ olay-a istinadla xəbər verir ki, əksəriyyət aktrisanın qəbirüstü abidəsində şəklinin olmaması məsələsinə irad bildirib.

Bu tənqidlərə Əməkdar artist Ülviyyə Əliyeva cavab verib.

O, öz səhifəsində paylaşdığı şərhdə yazıb: “Tünzalə hacı xanım idi. Dinimizdə qadın məzarına foto vurmaq olmaz”.

Xatırladaq ki, T. Əliyeva bu ilin yanvarında xərçəngdən dünyasını dəyişib.





up