Ötən gün “Elgizlə izlə” ictimai-sosial verilişində qalmaqal yaşanıb. Proqramda ekspert qismində iştirak edən aparıcı və model Lalə Mustafayevanın “Mənim işim olsaydı, gəlib burada ekspert kimi oturub biabır olmazdım” sözləri verilişin aparıcıları Elgiz Əkbər və Pərvanə Tahirqızı qəzəbləndirib. Bundan sonra onlar efirdə söz savaşına çıxıblar.
AZİNFORM.AZ xəbər verir ki, sözügedən proqramın bugünkü buraxılışında Lalə ilə Pərvanə yenidən toqquşublar.
Mustafayevanın “Həqiqətən bir daha gördüm ki, tamaşaçının gözü tərəzidir. Mənə dəstək olan və düz anlayan insanlara təşəkkürümü bildirirəm” deməsi Tahirqızını “cin atına mindirib”.
Pəvanə Lalənin sözünü kəsərək “5-10 nəfər sizə dəstək olubsa, bu o demək deyil ki, siz haqlı danışmısınız. Siz məni verilişdə təhqir etmisiniz. Düzgün çıxış etməmisiniz. Sizin dediklərinizlə də razı olmayacağam” fikirlərini ifadə edib.
Canlı efir 5 dəqiqə gecikmə ilə yayımladığına görə proqramın rejissoru ikili arasında baş verən davanı nümayiş etməmək üçün onların savaşını yarıda kəsib və Elgiz Əkbər reklamlara keçib edib.