Aktrisa Zümrüdün qolu belə sınıbmış - VİDEO
25-02-2023, 12:28

Ötən ilin iyununda çəkilişdə əli sınan aktrisa Zümrüd Qasımova həmin anları yayımlayıb.

AZİNFORM.AZ xəbər verir ki, o, hekayə bölməsində hadisənin baş verdiyi “Simurq” serialından səhnə paylaşıb.

“Əlimin sındığı səhnə”, - deyə Zümrüd bildirib. Kadrlarda isə aktyor Nurlan Süleymanlının Zümrüdü sərt şəkildə itələdiyi anlar yer alıb.

Qeyd edək ki, Zümrüd OLAY-a əvvəlcə hadisənin evdə baş verdiyini, sonra isə serial çəkilişi zamanı olduğunu demişdi.





up