DİGƏR XƏBƏRLƏR
Məşhur müğənni Mustafa Ceceli təqdirəlayiq addımı ilə gündəmə gəlib.
AZİNFORM.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi zəlzələdən zərərçəkən musiqiçi ailənin satışa çıxardığı pianinonu satın alıb.
İfaçı "Yamaha YDP142B" markalı musiqi aləti üçün onlara 21 000 lirə( təxminən 1890 AZN) ödəyib.
Daha sonra ailədən aldığı pianinonu yenidən onlara qaytararaq sürpriz edib.