DİGƏR XƏBƏRLƏR
"Türkiyə tək ürək" kampaniyasında çox sayda insan zəlzələ qurbanları üçün ianə edib.
Yardım kampaniyası çərçivəsində hərraca çıxarılan Volkan Dəmirəlin "Fənərbaxça" forması da yüksək məbləğə satılıb.
AZİNFORM.AZ xəbər verir ki, formanı məşhur teleaparıcı Esra Erolun Esra həyat yoldaşı Ali Özbir alıb. Ali Özbir Dəmirəlin "Fənərbaxça" forması üçün 300 min TL ödəyib.
Qeyd edək ki, kampaniya çərçivəsində toplanan ianələr AFAD və Qızıl Aypara vasitəsilə zəlzələdən zərər çəkənlərə çatdırılacaq.