Aparıcı Zaur Kamal son açıqlaması ilə hər kəsi təəccübləndirib. O, ARB-də yayımlanan “Həmin Zaur” proqramında tamaşaçıları heyrətləndirən fikirlər səsləndirib.
Zaur Kamal zəlzələnin səbəb olduğu dəhşətli mənzərədən söz açıb. Jurnalist həmin görüntüləri ürək ağrısı ilə izlədiyini bildirib.
Aparıcının sonrakı açıqlaması isə auditoriyada şok effekti yaradıb. Zaur Kamal belə deyib: “Bu gün səhər böyük oğlumu yanıma çağırıb ondan zəlzələnin nə olduğunu soruşdum. Dedi ki, anlayışım var, sosial şəbəkələrdə çoxlu video izləmişəm. Sonra kiçik oğlumu yanıma çağırdım. Ona da zəlzələ ilə bağlı sual verdim. Dedi ki, bilmirəm. Bundan sonra zəlzələ anını əks etdirən görüntüləri tapıb ona izlətdim. Uşaq həmin videoları görəndə qəribə hisslər keçirdi”.
Zaurun bu sözləri veriliş iştirakçılarının təəccübünə səbəb olub.
Qeyd edək ki, psixoloqlar uşaqların zəlzələ anını əks etditən videoları izləməsini təhlükəli sayır və valideynlərə azyaşlıları həmin görüntülərdən uzaq tutmağı tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, bu cür göğrüntülər uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir edə, onalrın yaddaşında xoşagəlməz izlər buarxa bilər. /yenisabah/