DİGƏR XƏBƏRLƏR
Türkiyənin tanınmış aktrisası Merve Altınkaya təcili əməliyyat olunub.
AZİNFORM.AZ Savash.org-a istinadən xəbər verir ki, aktrisa onurğa şişindən əziyyət çəkirmiş. Gərgin iş rejimindən sonra halı pisləşən Merve Altınkaya xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.
Əməliyyat 6 saat davam edib. Aktrisanın bir müddət xəstəxanada qalacağı bildirilib. Lakin şişin xərçəng olub-olmadığı isə hələ müəyyənləşməyib.
Qeyd edək ki, Merve Altınkaya ATV-də yayımlanan “Aldatmak” serialında çəkilir. Altınkayanın rol aldığı “49” filmi isə yanvarın 25-də ekranlara çıxıb.