Əməkdar artist Nüşabə Ələsgərli əri Məhəmmədrza ilə bağlı açıqlama verib.
AZİNFORM.AZ olay-a istinadla xəbər verir ki, bu barədə o, “Yanar saat” proqramında qonaq olarkən danışıb.
Sənətçi deyib ki, əri ilə əsasən yaxşı yola gedirlər:
“Biz 17 ildə yağla bal kimi olmuşuq. Dalaşan, küsən vaxtlarmız da olub, bir də görürsən ikimiz də eyni sözü demişik, amma dilimizi başa düşməmişik. Sonradan aydınlaşıb. Elə də olub ki, ləhçədən anlamamışıq”.