Dünyaya bir daha gəlsəm yenə səninlə evlənərdim: Manaf Ağayevdən ETİRAF - VİDEO
2-02-2023, 16:32

"Mən həmişə hamını təbrik etmişəm, amma ailəmi heç vaxt təbrik etməmişəm. Çünki özü haqqında danışanda nəsə adamda bir abır-həya olmalıdır. Amma nə edim ki, bu gün onun ad günüdür, onu təbrik edirəm. Nə yaxşı ki, onunla ailə qurmuşam, nə yaxşı ki, dünyaya belə övladlar gətirmişik".

AZİNFORM.AZ xəbər verir ki, bunu müğənni Manaf Ağayev ATV-də yayımlanan "Günün sədası" proqramında qonaq olarkən deyib.

Doğum günü münasibətilə həyat yoldaşını təbrik edən M.Ağayev onunla bağlı etiraf edib:

"Bu gün çox xoşbəxtəm. Belə bir şablon məsəl var, deyirlər ki, təzədən dünyaya gəlsən yenə də evlənərdin? Allaha and olsun, yenə də o xanımla evlənərdim, çünki elə belə ömür sürməmişik, çətinliklər olub. Mən ona həm qardaş, həm ata həm, ana, həm dost, həm həyat yoldaşı olmuşam, biz sirdaş olmuşuq. Çünki bir kənddə, bir məktəbdə 10 il bir sinifdə oxumaq elə belə deyil. Xoşbəxtəm ki, mənim belə bir ailəm var. Ona görə də onu təbrik edirəm. Düzdür, hazırda özü burada yoxdur".

Müğənni həyat yoldaşının harada olduğu sualına belə cavab verib:

"Bu, çox uzun bir məsələdir. Keçən il qızıma dedi ki, gələn il Allah imkan versin, gedək İsveçrəyə, Fransaya. Bir dəfə oranı görüm, qocalıb gedirəm. Beləliklə, qızım bunu heç mənə də demir, viza düzəltdirir, bilet alır və s. Sonra da dedi ki, ana sənə hədiyyyəm var.

Amma əslində dünən idi onun ad günü, sadəcə bu gün gəlirlər deyə axşam qeyd edəcəyik. Qızımla bərabər səfərdədirlər. Bu gün qayıdırlar. Qızıma da çox sağ ol deyirəm ki, 60 yaşında onu sevindirdi".





up