Nuranın fikirlərinə Şəbnəm tərəfdən CAVAB - VİDEO
1-02-2023, 21:53

Müğənni Nura Surinin Şəbnəm Tovuzlunun mahnılarında səsinə effekt qoydurduğu haqda fikirlərinə qarşı tərəfdən cavab gecikməyib.

AZİNFORM.AZ xəbər verir ki, bu haqda Tovuzlunun prodüseri Şahanə Ayazqızı OLAY-a açıqlamasında deyib.

“Bu onun şəxsi fikridir. Yəqin ona xoş gəlməyib, bildirib. Amma Şəbnəm xanımın canlı ifasını da təsdiqləyib, ona görə sözüm yoxdur. Müğənni effekt qoymur, onu aranjimançılar qoyur”, - deyə, Ayazqızı vurğulayıb.

Qeyd edək ki, bu gün N. Suri qonaq olduğu verilişdə Şəbnəmin canlı ifasını bəyəndiyini, lakin mahnılarında səsinə effekt qoydurduğunu söyləmişdi. /publika.az/





up