"80 min manat qazanacaqdım, amma indi..." - Röya Ayxan
27-01-2023, 23:09

Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edir.

AZİNFORM.AZ teleqraf.com-a istinaən xəbər verir ki, Röya Ayxan konsertdən əvvəl jurnalistlərin sullarını cavablandırıb. "Çoxdan idi ki, bu həyəcan üçün darıxmışdım. İlk dəfə 2005-ci ildən Heydər Əliyev Sarayından konsert verməyə başladım. Belə də davam elədi. Həmişə mənə sual verirdilər ki, "niyə hamı fəxri ad aldı, sən yox". Onlara cavab verirdim fəxri ad almağım gec, amma güc və gözəl olacaq. Fəxri ad almaq anını isə çox gözəl yaşadım. Heç bir insanın əziyyəti yerdə qalmır. Çox şükür edirəm ki, sağ-salamatıq. Hazırda xəstələndim, sistem köçürülüb. Üç ildən sonra bu həyəcanı yaşayıram. İtirdiyimiz həvəsi, pulları nəzərə alamdan üç il əvvəl bu günü gözlədim. Üç il əvvəl 80 min qazanacaqdım. Bu il heç nə qazanmıram, amma heç təəssüflənmirəm. Çünki pulların hamısınə o qədər xərclədik ki, artıq mənim borcum var. Bu gün şükür Allaha mənə qismət oldu, borcu ödəyə bilirəm. 17 gün ərzində görəcəyimiz işi bir il ərzidə həyata keçirdik".

Xalq artisti konsertindən də danışıb: "Çox gözəl bir şou hazırladıq. O həyəcanı keçirdim. Martda artıq başqa həyəcanla görüşəcəyik. Bir həftə ərzində 25 kostyum hazırlanıb. Paltarı soyunmaq və geyinmək səhnədə baş verəcək, amma gözəl...".

İfaçı Ceyhun Zeynalov ilə klipi haqqında da məlumat verib: "Bir həftə əvvəl Ceyhun Zeynalovla duetimizi göndəriblər. Dedilər ki, montaj prosesidir. Baxdım və heç nəyi dəyişdirməmişəm. Öncədən deyim ki, klipdə gözəl qız obrazında deyiləm. Amma gözəl olmadığımla neçə il əvvəl bununla razılaşmışam. Hara getsəm məni çox istəyirlər, orada gözəllik lazım deyil. Amma klipdə film kimi yaşanan hadisələr lentə alınıb. Hər şey gözəldir, sevişirsən, evlənirsən, evlənəndən sonra bir şey axtarırsan. Artıq öz yuvan olur. Doğulan uşaqlar səni həyata bağlayır".

Xalq artisti konsertində ailə üzvlərinin iştirak etmədiyini də deyib: "Oğlum məktəbdədir, bu gün saat bir də və beşin yarısında uğurlar arzulayıb".

İfaçı "2005-ci ildən sonra nələr dəyişdi?" sualına isə "Özümə deyirəm ki, sən heç dəyişmədin, eyni Röyasan. Dəli kimi... Yenə də sən pərdə arxasına keçəndə mikrafonu söndürürlər ki, yenə nəsə deyəcək. Heç nə dəyişməyib. Mənə deyirlər ki, söyüş söymə, heç nə demə, mikrafon açıqdır. Yəni ki heç nə dəyişmir. Sadəcə olaraq bir şey dəyişib, karvolol içməyi öyrənmişəm, buraya içib gəlmişəm",-deyə cavab verib.

Xalq artisti həyatını sığortalamasında da danışıb: "Mən hündür mərtəbədə yaşasam da heç vaxt eyvandan aşağı baxmamışam. Yeni evimdə də üç ildir yaşayıram. Orada da eyvan var. Düşünürdüm ki, nə vaxtsa oturub baxaram, bir dəfə də olsun oturmamışam".

Qeyd edək ki, Röya Ayxan Bakı Konqres Mərkəzində üç günlük konsert proqramı ilə çıxış edəcək.







up