Aygün Bəylərin son vəziyyəti AÇIQLANDI
26-01-2023, 17:49

Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb.

AZİNFORM.AZ-ın məlumatına görə, bununla bağlı Aygün xanımın meneceri lent.az-a bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır:

"Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun".

Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.





up