“Tünzalənin özü üçün yaşamağa vaxtı qalmadı” - Zaur Baxşəliyev
23-01-2023, 13:19

"Tünzalənin özü üçün yaşamağa vaxtı qalmadı”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın dəfn mərasimində teleaparıcı Zaur Baxşəliyev deyib.

"Sonuncu dəfə xəstəxanadan yazmışdı. O da özünə görə deyildi. Bir gənc müğənnini efirə çıxarmaq istəyirdi. Bu həyatda heç nəyi özünə görə etmədi. Onu ayaqda saxlamağa çalışdıq. Lakin görünür, yazılana pozu yoxdur”, - teleaparıcı bildirib.

Z.Baxşəliyev qeyd edib ki, Tünzalə qızına görə yaşamaq istəyirdi:

"Həmişə deyirdi ki, Zəhraya görə yaşamaq istəyir. Tünzalə özü üçün yaşamadı. Doğmaları üçün yaşadı. Onun özü üçün yaşamağa vaxtı qalmadı”.

 





up