Azərbaycanlı məşhur aparıcı cərrahla NİŞANLANDI - FOTO
14-01-2023, 20:56

Aparıcı Çinarə Əliyeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

AZİNFORM.AZ  xəbər verir ki, Çinarə nişan barmağında üzük və əlində böyük qızılgül çələngi ilə çəkilən şəklini sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.

Çinarə yayımladığı fotolara “Həyatıma xoş gəldin, R...”, şərhini yazıb. Diqqət çəkən məqam isə aparıcının üzüklə əlindən tutan bəyin plastik cərrah Ruslan Rəsul olması olub.

Belə ki, Ruslan bəy həmin anı çəkərək sosial şəbəkə hesabında paylaşıb. O fotoya "Sevgi qasırğa kimi gəlir, şimşək kimi çaxır. Hər şey bir an içində baş verir" şərhini yazıb.

Qeyd edək ki, Çinarə Əliyeva ailəli olmayıb. /bizim.media/






up