Elton Azərbaycandan köçüb?
13-01-2023, 20:59

Əməkdar artist Elton Hüseynəliyevin Azərbaycandan köçdüyü iddia olunub.

AZİNFORM.AZ xəbər verir ki, buna səbəb müğənninin son günlər verilişlərə qatılmaması olub. Bildirilib ki, Elton uzun müddətdir ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

İfaçının həyat yoldaşı Tamilla Hüseynəliyeva Axşam.az-a açıqlamasında bununla bağlı sualları cavablandırıb.

"Türkiyədə evimiz var, pandemiyadan əvvəl almışıq. Tez-tez İstanbula gedib gəlirik. Buna görə də belə xəbərlər yayılıb. Amma Elton köçməyib. Bakıda yaşayırıq və məclislərə qatılır" deyə, o, əlavə edib.







up