Aysunun ərinin evdə qabları yuması ilə bağlı paylaşımı tənqid edildi - FOTO
13-01-2023, 19:34

Müğənni Rəqsanənin qızı Aysun ərinin evdə qabları yuması ilə bağlı paylaşım edib.

AZİNFORM.AZ-ın  məlumatına görə, izləyiciləri onu bu paylaşımına görə qınayıb.

O isə həmin izləyicilərə sərt cavab verib.“Mənə deyirsiniz, anan sənə niyə qabyuyan maşın cehiz verməyib? Mənim qabyuyan maşınım var. Amma 2 boşqabdan ötrü maşını işə salmıram. Belimdə problemim var, ona görə yoldaşım mənə kömək edir. Sizin həyat yoldaşlarınız sizə kömək etmir deyə paxıllıq edirsiniz”,- deyə o bildirib.






up