Təranə ağlaya-ağlaya VİDEO paylaşdı
13-01-2023, 14:14

Bir neçə gün əvvəl səhhəti pisləşən Təranə Səmədovadan yeni xəbər var.

AZİNFORM.AZ-ın məlumatına görə, prodüser video yayımlayaraq düzəlməyə doru getdiyini bildirib.

Danışmaqda çətinlik çəkən Təranə boğazının ağrıdığını vurğulayıb. O, pişiyi ilə olan videosunda ağlaya-ağlaya bu sözləri deyib:

"Bir pişiyin öz sahibinə nə qədər bağlı olduğunu son günlər gördüm. Övladlarım bir tərəfə, pişik yanımdan əl çəkmədi. Elə bildi ölürəm (ağlayır). Gecəyarısı baxıram bığlarını söykəyib üzümə. Boğazım ağrıyır, gəlib söykənib boğazıma".

Qeyd edək ki, qızı Suel bir neçə gün əvvəl Təranə ilə bağlı paylaşım edərək, onun səhhətinin pis olduğunu bildirib.





up