Türkiyənin TV 8 kanalının rəhbəri Acun Ilıcalı açıqlaması ilə diqqət çəkib.
AZİNFORM.AZ xəbər verir ki, Acun Ilıcalı bu sözləri deyib:
“Bir gün gücüm olsa iş saatlarının 10:30-da başlamasını planlaşdırıram. Başa düşə bilmirəm ki, insanlar niyə səhər tezdən dururlar. Niyə səhər saat 8:00-da tıxac var? Məncə insanlar yatmalıdırlar. İş saatı niyə saat 10:30 və ya 11:00-da başlamır? Dünya bu 2 saatda xilas oldumu? Əslində, həmin saatlarda birlikdə işləməsək problem olmayacaq. Gün kifayət deyil?!".
Televiziya rəhbəri işçilərinin səhər saatlarında işə gəlməsini tələb etmədiyini də açıqlayıb: "Həyat fəlsəfəm insanların işləyən zaman xoşbəxt olmasıdır. Səhər tezdən durmağın son dərəcə əleyhinəyəm. Səhər heç bir işçimi yuxudan oyandırmadım. Düşünürəm ki, insanlar istirahət etməlidirlər. İnsanlar işlədikcə xoşbəxt olmalıdırlar. Düşünürəm ki, bu xoşbəxtlik ilk növbədə iş saatlarından qaynaqlanır”. /teleqraf.com/