Elza Seyidcahan Nazpərinin dəbdəbəli EVİNƏ GETDİ - VİDEO
1-01-2023, 19:08

Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın Azərbaycan!" səhər şousunun çəkiliş heyəti və Əməkdar artist Elza Seyidcahanla birlikdə Xalq artisti Nazpəri Dostəliyevanın dəbdəbəli evinə yollanıblar.

AZİNFORM.AZ xəbər verir ki, aylar əvvəl müğənni Rəqsanə İsmayılovanın oğlu Muhammedin kiçik toyunda barışan Nazpəri ilə Elza uzun aradan sonra bir araya gəliblər.

Seyidcahan Dostəliyevanın mənzilinə oxuya-oxuya daxil olub. Bunu görən Nazpəri Elzaya qarşılıq verərək, birlikdə həmin nəğməni oxumağa davam edib.

Xoşqədəm üzünü hər iki məşhura tutaraq "Küsmək bitdi. Nəhayət ki, Elza xanımla Nazpəri xanım barışdı" sözlərini dilə gətirib.

.






up