İradə İbrahimova: "Hamısını zaman tək-tək öyrədir" - FOTO
1-01-2023, 14:40

Müğənni İradə İbrahimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.  

AZİNFORM.AZ xəbər verir ki, müğənni İradə İbrahimova 2023-cü il ilə bağlı arzu və diləklərini bu sözlərlə ifadə edib:

"Geyim, əşya insana xoşbəxtlik gətirməz. Sən məsudsansa, olduğun yer də məsuddur. Xoşbəxtlik hüzurumuz, ürəyimiz və nə hiss etdiyimizdir. İsti balışın, bir stəkan çayın, örtünəcək yorğanın varsa, sağlığınla hamısını qucaqla demək istədim sizə və özümə. Hamısını zaman tək-tək öyrədir. Şəxsən mənə çox şey öyrətdi. Təşəkkürlər təbiət, həyat, ilahiyyat".

 Qeyd edək ki, sənətçi 2009-cu ildə iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 





up