Röyanın sinə dekolteli libasda "Jet" təyyarədə Yeni İl arzuları - FOTO
1-01-2023, 11:43


"Bu il kədərləndik, sevindik də... Böyük uğurlar qazandıq və qazanacağıq".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

"Arzum budur ki, ailəm, dostlarım, komandam və siz sevənlərim gələn ildə yanımda olun. Bu yola bir başladıq, bir də davam edək. Hələ görüləcək işlərimiz qarşıdadır. 2023-də daha qlamur tərzdə görüşənədək. Yeni iliniz mübarək", - deyə Röya bildirib.Diqqət çəkən məqam isə Röyanın yazdığı statusla özəl "Jet" təyyarəsində çəkdirdiyi bir-birindən cəsarətli şəkillərinin izləyicilərlə bölüşməsi olub.

Fotolarda Röya Ayxan sinə dekolteli açıq-saçıq libasda göz qamaşdırıb. /bizim.media/








up