Saraçoğludan keçmiş sevgilisi ilə bağlı AÇIQLAMA
31-12-2022, 21:01

Türkiyəli aktrisa Afra Saraçoğlu keçmiş sevgilisi Mert Yazıcıoğlu ilə ayrılığın ardından ilk dəfə məsələyə münasibət bildirib.

AZİNFORM.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa ayrılığın hər iki tərəfin ortaq qərarı əsasında verildiyini deyib.

O, həmçinin çıxan dedi-qoduların həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bir neçə gündür, mətbuatda bizimlə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir. 4 ildir, Mertlə çox xoşbəxt münasibətimiz var idi. Ancaq aldığımız ortaq qərarla münasibətimizə son qoymaq qərarına gəldik. Sevgi və hörmətlə ayrıldıq ".

Aktrisa münasibətlərinin bitməsinə səbəbin üçüncü şəxs olmadığını bildirib.

Qeyd edək ki, Afra "Yalı Çapkını" serialında baş rolu canlandıran Mert Ramazan Dəmirlə səmimi görüntüləri yayıldıqdan sonra sevgilisindən ayrılıb.





up