DİGƏR XƏBƏRLƏR
Müğənni Gülay Zeynallı küsülü olan həmkarı Eldəniz Məmmədovdan danışıb.
AZİNFORM.AZ xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində Eldənizlə danışmadığını bildirib.
“Eldənizlə “Xalq ulduzu” mahnı yarışmasından o yolu bir gəlmişik. Yaxşı yoldaşlığımız, rayon toylarımız olub. Bu gün biz danışmırıq. Onunla üzbəüz gəlməmişəm. Amma Eldənizlə üzbəüz gəlsəm, salam verəcəyəm.
Çünki ondan yaşca kiçiyəm. Özü yaxşı ifaçı və ailə başçısıdır. Kinli insan deyiləm”, - deyə Gülay vurğulayıb.
Qeyd edək ki, Eldəniz Gülayla küsülüyünü “Bacısının evinə getmişdim, mənimlə maraqlanmadı, gedib yatdı. Mən də incidim ki, sizin evə gəlmişəm, mənə qarşı diqqətsizlik edirsən. Ona görə də çıxıb getdim” fikirləri ifadə etmişdi.